Hər il olduğu kimi 2024-cü ilin sonunda da qaz sayğaclarında limitlərin yenilənməsi baş verib.
Demokrat.az bildirir ki, smart kart tipli sayğaclar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 00:00-dan etibarən, yenilənməni avtomatik olaraq həyata keçiib.
Artıq dekabrın 31-i 00:00-dan sonra ödəniş olunarsa, 12 qəpikdən (1200-lük limitə əsasən) hesablanır. Mexaniki sayğaclardan istifadə edən abonentlərin limitlərinin yenilənməsi isə 5-6 yanvar tarixinə qədər çəkə bilər.
Çünki abonentlər bəzən evdə olmur, bayram günlərində qonaq gedir. Lakin burada abonentlərin heç biri, hətta 5-6 gün sonra mexaniki sayğacların limitlərinin yenilənməsi prosesi həyata keçirilsə belə, heç bir narahatçılığa əsas yoxdur.
Hər bir abonentin 365 günü qorunur. Əgər bu il mexaniki sayğacla bağlı yenilənmə prosesi yanvarın 5-nə təsadüf edirsə, növbəti ilin yanvarın beşinə qədər həmin tarif və limitdən mavi yanacaq istifadə edə biləcək. (Baku.ws)