Rusiya sərhədçiləri Ermənistan-İran sərhədini tərk ediblər

GÜNDƏM 01 yanvar 2025, 10:28
2025-ci il yanvarın 1-dən etibarən Rusiya sərhədçiləri Ermənistan və İran sərhədindəki keçid məntəqəsini tərk ediblər.

Demokrat.az
xəbər verir ki, bu barədə "RIA Novosti" agentliyinə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan məlumat verib.

O bildirib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları 2025-ci ildən İranla sərhədin mühafizəsi üçün bütün məsuliyyəti öz üzərilərinə götürəcəklər, eyni zamanda, Rusiya sərhədçiləri ilə Türkiyə və İranla sərhəddə birgə patrul xidmətini həyata keçirəcəklər. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top