BMT Ukraynanı səfərbərlik şərtlərini pozmaqda ittiham edib

DÜNYA 31 dekabr 2024, 22:14

Ukrayna səfərbərlik zamanı öz konstitusiya normalarını və beynəlxalq öhdəliklərini pozur.

“Report” xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında deyilir.

Hesabatda həmçinin qeyd olunub ki, rəsmi Kiyevin Ukrayna Pravoslav Kilsəsinə qoyulan qadağanın qanuniliyi ilə bağlı iddiaları kifayət qədər sübutlarla dəstəklənmir.

Bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı (2014-2019) Viktor Mujenko Ukrayna ordusunda hərbi xidmətə çağırış yaşının 18 və ya 20 ilə endirilməsinin zəruriliyini etiraf edib.

Bundan əvvəl Ukrayna mediası Radada səfərbərlik yaşının aşağı salınması layihəsinin artıq müzakirə olunduğunu yazmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 yanvar 2025, 20:55
Top