Xəzərdə bir saatda ikinci zəlzələ olub

HADİSƏ 31 dekabr 2024, 08:51
Yerli vaxtla saat 6:46-da Xəzər dənizində 3 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Zəlzələ ocağı bu dəfə 33 kilometr dərinlikdə yerləşib. Xatırladaq ki, bu, son bir saatda baş verən ikinci zəlzələdir - daha əvvəl baş verən silkələnmə 17 kilometr dərinlikdə 3.5 bal gücündə qeydə alınıb.

Ümumilikdə isə dekabr ayında dənizdə baş verən 7-ci təbiət hadisəsidir. Belə ki, dekabrın 18-də, 25-də, 26-da (iki dəfə) və 29-da da Xəzərdə zəlzələlər qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 yanvar 2025, 20:55
Top