Abşeron rayonunda 1977-ci il təvəllüdlü Amil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qaynı Vəfadara (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 8 oktyabr 2022-ci ildə Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində baş verib.
Amil həmin ərazidə yeni məhəllədə yerləşən fərdi həyət evinin qarşısında həyat yoldaşı Mahizərinin bir neçə gün əvvəl yaşadıqları evə pay gətirilən konfetləri iş yerinə aparmasına irad tutan zaman sonuncunun qardaşı Vəfadarın bacısına irad tutduğu üçün onu əli ilə sinəsindən itələməklə ona qarşı kobudluq etməsinə qəzəblənib.
Amil həyətində istifadə etdiyi kəsici-deşici xassəli bıçaqla Vəfadarın qarın nahiyəsinə qəsdən 2 dəfə vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Amilin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, zərərçəkmiş Vəfadar onun qaynıdır:
“Münasibətlərimiz həmişə yaxşı olub. İndi də yaxşıdır. Qaynım Vəfadar hadisə olan gün, yəni 8 oktyabr 2022-ci ildə bizə qonaq gəlmişdi. Yoldaşım Mahizər bizə süfrə açdı. Mən Vəfadar ilə yeyib içdik. Sonra çay içmək istəyəndə evdə konfet olmadığından, bir neçə gün əvvəl evdəki konfetin necə olduğunu yoldaşım Mahızardən soruşanda yoldaşım konfeti işə apardığını dedi. Buna görə yoldaşıma sözlə əsəbləşdim.
Həmin vaxt mənim yoldaşıma əsəbləşməyim qaynım Vəfadarın xoşuna gəlmədi. Biz həyətə siqaret çəkməyə çıxdıq. Vəfadar əli ilə məni itələdiyindən mübahisələrimiz düşdü. İçkili olduğumdan həyətdə bağçada işlətdiyim bıçaqla Vəfadarı vurdum. Vəfadara neçə bıçaq zərbəsi vurmağımı xatırlamıram”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Amil 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.
O, barəsində olan hökmün ləğv edilməsini, cəzasının şərti tətbiq edilməsini istəyib.
Şikayət araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan edib.
Qərara görə, şikayət təmin olunmayıb.
Fariz Məlikli
Demokrat.az