Məhəmmədəli son mənzilə yola salınır — FOTOLAR (VİDEO)

GÜNDƏM 28 dekabr 2024, 12:24

AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsində həlak olan 13 yaşlı Məhəmmədəli Yeganovun nəşi Azərbaycana gətirilib.

Demokrat.az 
Qafqazinfo-ya istinadən xəbər verir ki, Məhəmmədəlinin cansız bədənini gətirən təyyarə səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Mərhum uşağın nəşini hava limanına toplanan hər kəs göz yaşları ilə qarşılayıb.

Yaxınları Məhəmmədəli ilə Xətai rayonunda yerləşən evlərində vidalaşıblar.

Vida mərasimindən sonra mərhum dəfn edilmək üçün Suraxanı rayonundakı Tatar qəbiristanlığına aparılıb.

Qeyd edək ki, Məhəmmədəli futbolçu olub. O, “Gənclik” futbol klubunda oynayıb.

Allah rəhmət eləsin!

 

 

 










































 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top