Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyi sahəsində savadlılığın artırılması məqsədilə media nümayəndələri üçün növbəti təlim keçirilib. Təlimdə qeyd olunub ki, agentlik tərəfindən ölkədə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının təmin olunması, həmçinin istehlakçı hüquqlarının qorunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Maraqlıdır, əhali arasında qida təhlükəsizliyi ilə bağlı savadlılığın artırılması üçün hansı işlər görülə bilər?
Məsələyə qida təhlükəsizliyi üzrə ekspert Ağa Salamov münasibət bildirib.
O, Demokrat.az-a açıqlamasında deyib ki, əhalinin qidalarla bağlı savadlılığının artırılması vacib məsələdir:
“Biz uzun illərdir qida təhlükəsizliyi sahəsində ölkədə maarifləndirmə aparırıq. Media nümayəndələrinə də bizə dəstək olduqları üçün təşəkkür düşür, onlar bu mövzuları işıqlandırmaqla cəmiyyətin maarifləndirilməsinə töhfə verirlər. AQTA media nümayəndələri üçün qida təhlükəsizliyi mövzularında təlimlər keçirir, bu, təqdirəlayiq haldır. Amma düşünürəm ki, cəmiyyətin bu biliklərə əlçatanlılığının artırılması üçün başqa səpkidə də işlər görülməlidir. Məsələn, AQTA qida təhlükəsizliyi, sağlam qidalanma ilə bağlı maarifləndirici çarxlar hazırlaya bilər. İstehlakçıların, xanımların evdə də doğru bildikləri yanlışlar var. Toyuğu alıb gətirir, amma səhərə qədər otaq temperaturunda saxlayırlar ki, buzu açılsın, sonra bişirib uşaqlara verirlər. Və ya yeməyi bişirir, amma düzgün şəraitdə saxlamır, günortaya qədər otaq temperaturunda saxlayırlar. Bu da toyuqda salmonella bakteriyasının yaranmasına səbəb olur. Bu kimi hallar qida zəhərlənmələrinə gətirib çıxara bilər. Ona görə də düşünürəm ki, AQTA reklam xarakterli çarxlar buraxmalıdır. İnsanlara efir vasitəsilə, sosial platformalarda bu videolar göstərilməlidir. Əgər media nümayəndələri üçün belə təlimlər keçirilirsə, düşünürəm ki, əhali arasında da maarifləndirmənin artırılması üçün AQTA-nın tədbirlər planı var”.
Törə Zeynallı
Demokrat.az