Mədəniyyət Nazirliyinin kollektivi təyyarə qəzasında həlak olanların xatirəsini yad edib — FOTOLAR

GÜNDƏM 28 dekabr 2024, 20:15
Məlum olduğu kimi, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan həlak olub və xəsarət alıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi dekabrın 28-də Heydər Əliyev Beynəlxalq Hava Limanına gedərək qəzada həlak olanların xatirəsini yad edib. Hava limanında yaradılmış xatirə guşəsinin önünə nazirliyin adından əklil qoyulub.

Allah rəhmət eləsin.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 dekabr 2024, 09:40
Top