Cənazələr bu gün ailələrinə təhvil veriləcək — VİDEO

GÜNDƏM 29 dekabr 2024, 09:25
“Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olmuş soydaşlarımızın nəşləri növbəti mərhələdə Vətənə gətirildi. Onların nəşləri xüsusi ayrılmış avtomobillərlə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələrinə aparılacaq”.

Demokrat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov jurnalistlərə müsahibəsində deyib.

Ə.Həsənov bildirib ki, nəşlərin müayinəsi üçün birliyin üç şöbəsi ayrılıb: “Şərifzadə küçəsində yerləşən Patoloji Anatomiya Bürosu, Sabunçu rayon şöbəsi və Nəsimi rayon şöbəsində nəşlər müayinə olunacaq, məhkəmə-tibbi ekspertizası aparılacaq. Sonra rəy tərtib edilərək Baş Prokurorluğun İstintaq İdarəsinə təhvil veriləcək. Morqlardan cənazələr bu gün ərzində dəfn ediləcəkləri ünvanlara çatdırılacaq”.

Xatırladaq ki, 21 sərnişin və 3 ekipaj üzvünün nəşi Aktaudan Bakıya gətirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
31 dekabr 2024, 00:32
Top