Altsheymer xəstəliyi (bu xəstəlik daha çox unutqanlıqla və yaddaşsızlıqla müşayiət olunur) təkcə 60 yaşdan yuxarı insanlarda deyil, 40 yaşından yuxarı insanlarda da müşahidə edilir. Mütəxəssislər bu xəstəliklə mübarizə aparmağın bir yolunu da bu xəstəliyə tutulan insanların daha fəal olmalarında görürlər. Altsheymer elə bir xəstəlikdir ki, nə qədər fəal olsanız, xəstəliyə tutulma ehtimalınız da bir o qədər az olur. Digər tərəfdən, bu məsələdə idmanla məşğul olmaq, şəkərli qidalardan az istifadə etmək, stresdən və ya depressiyadan uzaq olmaq da əsasdır.
Beyində müəyyən dəyişikliklər özünü daha çox 40 yaşlarında göstərir. Bunda özünü hərəkətsiz həyat tərzi ilə göstərən “metabolik sindrom”un da rolu az olmur.
Bəs yaddaşsızlığın qarşısını necə almaq olar? İlk növbədə, yerini xatırlamaqda çətinlik çəkdiyiniz əşyalar üçün bir yer təyin edin. Məsələn, axtarmaqda, yaxud xatırlamaqda çətinlik çəkdiyiniz bir əşya varsa, onu əvvəlcədən görə biləcəyiniz yerə qoyun.
İctimai yerlərə, xüsusilə də, mədəniyyət ocaqlarına daha çox vaxt ayırın. Bu, ilk növbədə sizin beyninizin istirahət etməsi üçün vacibdir.
Digər tərəfdən, normal yuxu saatınızdan nə az, nə də çox istifadə edin. Çünki araşdırmalar göstərir ki, yaddaşsızlığın bir səbəbi də yuxusuzluqdur. Hətta normal yuxudan sonra nəyi isə xatırlayıb yada salmaq da daha asan olur. Başqa sözlə, həm yaxşı istirahət, həm də yaxşı yuxu yaddaşı gücləndirir.