Messi şərab brendini yaratdı — FOTOLAR

İDMAN 29 dekabr 2024, 09:32
Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi özünün premium şərab brendini ictimaiyyətə təqdim edib.

Demokrat.az xəbər verir ki, o, bu işdə Amerikanın “Mmwinemaker” şərab zavodu ilə əməkdaşlıq edib.

Təqdimatda biri ağ etiketli, digəri qara etiketli olmaqla iki növ təqdim edilib. Hər ikisində futbolçunun silueti əks olunub. 

Forvard brendinə “Lionel 10”  adını verib. Bir şüşəsinin qiyməti isə 60,32 avrodur.

Qeyd edək ki, Messi bu mövsüm klubu bütün yarışlarda 22 oyun keçirib, 21 qol vurub, 18 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2025-ci ilin qışına qədərdir. 

“Transfermarkt” portalına görə 37 yaşlı futbolçunun transfer dəyəri 20 milyon avrodur.









 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
31 dekabr 2024, 00:32
Top