Qərb texnologiyası ilə istehsal edilən Rusiya raketləri Ukraynanı vurur — ARAŞDIRMA

DÜNYA 27 dekabr 2024, 18:47
Rusiya Ukraynaya qarşı istifadə etdiyi “Oreşnik” raketini Qərb istehsal avadanlıqları ilə istehsal edir. 

Demokrat.az
xəbər verir ki, Yapon və Alman CNC idarəetmə sistemləri Rusiya hərbi sənayesinin mühüm hissəsi olaraq qalır.

Qərb ölkələrinin istehsal etdiyi hissələr Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi eksperimental “Oreşnik” raketində istifadə edilib.

Raketin RS-26 Rubej kimi tanınan nüvə qabiliyyətinə malik ballistik raket əsasında hazırlandığı bildirilir. “Oreşnik” ilk dəfə istifadə olunduğu zaman onun uçması və hədəfləri vurması görüntüləri sosial şəbəkələrdə yerləşdirilib. Görüntülər Qərb müttəfiqlərinin narahatlığına səbəb olub.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top