Sumqayıt şəhərində 1971-ci il təvəllüdlü Əli şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Validəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən şaurma restoranının yaxınlığında baş verib.
Əli orada şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Validənin ənsə-təpə nahiyəsinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Əlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Validə onun həyat yoldaşıdır, nikahdan 3 övladı var:
“Son vaxtlar işdən çıxdığıma görə maddi cəhətdən evdəki problemləri həll edə bilmirəm. Hadisədən əvvəlki gün, axşam saatlarında yaşadığım evdə olduğu zaman spirtli içki qəbul etdim. Ertəsi gün, saat 00:05-da həyat yoldaşım işləmədiyimi, əlimdə olan pulu da spirtli içkiyə verdiyimi irad tutaraq deyinməyə başladı. Bu zaman aramızda sözlü münaqişə baş verdi. Münaqişə zamanı Validəni döydüm”.
İş üzrə zərərçəkmiş Validənin sözlərinə görə, təqsirləndirilən Əli ilə ailə həyatı qurub və 2012-ci ildə rəsmi nikaha girib, 3 övladı var: “Həyat yoldaşım Əli spirtli içki aludəçisidir. Demək olar ki, qazandığı bütün pulları içkiyə verir. Dəfələrlə ondan bu vərdişindən əl çəkməsini istəsəm də, xeyri olmayıb. Hadisədən əvvəl Əli yaşadığımiz evdə spirtli içki qəbul etdi. Saat 00:05-də Əli əlavə spirtli içki almaq üçün məndən pul istədi. Buna çox əsəbiləşdim. Bununla bağlı aramızda sözlü münaqişə baş verdi. Münaqişə zamanı Əli məni yumruq zərbələri ilə döydü və saçımın arxa hissəsindən tutub evdə sürüməyə başladı. Bununla bağlı polisə məlumat verdim”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əlinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az