Rusiya qəzada həlak olanların ailəsinə nə qədər təzminat ödəməlidir? — Məbləğ AÇIQLANDI

GÜNDƏM 27 dekabr 2024, 12:26
Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın “Pantsir” raket sistemi tərəfindən vurulduğu məlum olub. Bu məlumatdan sonra bir sıra məsələlər müzakirə obyektinə çevrilib. 

Məsələn, qeyd edilən məsələ təsdiqləndiyi halda, Rusiya mülki təyyarədə həlak olanların ailəsinə nə qədər təzminat ödəməlidir? 

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Babək Həmidov deyib ki, Beynəlxaq Mülki Aviasiya qaydalarına əsasən, mülki aviareyslərdə qəza nəticəsində həlak olanların ailəsinə ödənilməsi üçün hər hansı ölkənin valyutasından deyil, xüsusi beynəlxalq valyutadan istifadə edilir:

 “”Special Drawing Right” (Xüsusi borcalma hüququ) - SDR kimi adlanan bu valyuta həm Azərbaycan, həm də Rusiya tərəfindən qəbul edilib. Beynəlxalq Mülki Aviasiya qaydalarına görə, qəza nəticəsində ölən hər sərnişinə görə 250 min SDR kompensasiya ödənilməlidir. Azərbaycan Mərkəzi Bankının hadisə gününə olan məzənnəsinə görə, 1SDR - 2.2170 azn olmaqla, kompensasiya məbləği 554250  Azərbaycan manatıdır”.

Vəkil bildirdi ki, hadisə baş verdiyi ərazi, yəni Rusiya Federasiyası üzrə kompensasiya isə 32623433 Rusiya rublu (250000 SDR), yəni 326662 ABŞ dolları edir: 

“Bu kompensasiya məbləği qəzanın baş verməsinə səbəb olan ölkə, yəni Rusiya tərəfindən vətəndaşlığından asılı olmayaraq, qəzada ölən şəxslərin ailə üzvlərinə ödənilməlidir”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top