Lənkəranda qadın dəm qazından boğularaq ölüb

HADİSƏ 27 dekabr 2024, 22:33
Lənkəranda qadın dəm qazından boğularaq ölüb.

Demokrat.az  "Report"a istinadla xəbər verir ki, hadisə rayonunun Səpnəkəran kəndində baş verib.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Xanım Səfər qızı Səfərova hamam otağını qızdırmaq üçün kömürdən istifadə edib. Nəticədə, dəm qazından boğulub.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 dekabr 2024, 13:19
Top