Xaçmazda 76 yaşlı kişi müalicəvi hovuzda öldü

HADİSƏ 28 dekabr 2024, 11:33
Xaçmaz rayonunun 4-cü şöbə yaşayış massivində yerləşən mineral su hovuzunda ölüm qeydə alınıb.

Demokrat.az-ın  məlumatına gorə, müalicə məqsədilə hovuzda dincələn 1948-ci il təvəllüdlü Myakuş Vladimir Aleksandr oğlu qəfil huşunu itirib.

Yaxınlıqdakı insanların köməyi ilə hovuzdan çıxarılan V.Myakuşun öldüyü məlum olub.

Onun meyiti Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top