Azərbaycan və Rusiya kriminalistik ekspertizasında iştirak edə bilməyəcək

GÜNDƏM 27 dekabr 2024, 10:54
“Bu gün Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanları bizim əməliyyat-istintaq qrupuna daxil deyil və istintaq hərəkətləri həyata keçirmir. Bütün bunları Qazaxıstanın istintaq-əməliyyat qrupu - polis və prokurorluq həyata keçirir”.

Demokrat.az  newtimes.kz-ya istinadən xəbər verir ki, bunu Aktauda keçirdiyi brifinqdə Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev bildirib.

“Onlar Qazaxıstana gəliblər və harada imkan varsa, qanunun onlara bəzi qeyri-istintaq hərəkətlərində, yoxlamada iştirak etməyə icazə verdiyi yerdə biz icazə veririk. Bəzi məqamları görmək və s. Qazaxıstan ərazisində bizim qanunvericiliyimiz - Qazaxıstan Respublikasının Cinayət Prosessual Məcəlləsi qüvvədədir və müvafiq olaraq bizim hüquq-mühafizə orqanları bu hadisəni araşdırmalıdır”, - Ordabayev bildirib.

Qazaxıstan Baş nazirin müavini Kanat Bozumbayev tərəflərin hansı proseslərdə iştirakına icazə veriləcəyini açıqlayıb:

“Söhbət kriminalistik ekspertizasından gedir (Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarına icazə verilməyəcək – red.), lakin qəzanın özünün araşdırılmasına icazə veriləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top