Sərnişin kimi səyahət edən azərbaycanlı bələdçi də dünyasını dəyişib

GÜNDƏM 26 dekabr 2024, 17:00
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin sərnişinləri arasında olan Ural Hava Yollarının bələdçisi, əslən azərbaycanlı olan Rusiya vətəndaşı Ramin Ağayev dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, bu barədə aviaşirkət “Teleqram” kanalında məlumat yayıb.

“Böyük təəssüf hissi ilə bildiririk ki, AZAL aviaşirkətinə məxsus təyyarədə sərnişin kimi səyahət edən həmkarımız Ramin Ağayev təyyarəsinin qəzaya uğraması nəticəsində dünyasını dəyişib”, - məlumatda qeyd olunur.

Bildirilib ki, dekabrın 24-dən 29-dək onun istirahət günləri olub.

“KP-Peterburq”un məlumatına görə, Ramin altı yaşlı qardaşı oğlunu Bakıya, nənəsinin yanına aparıb ki, ailə Yeni ili birlikdə qeyd etsin:

“Dekabrın 25-də o, Qroznıya transferlə Bakıdan korporativ reyslə Moskvaya uçub. Dekabrın 26-da o, iş uçuşuna getməli idi”.

Mərhumun təhsil aldığı Vyatka Dövlət Universiteti də Ramin Ağayevin yaxınlarına başsağlığı verilib.

“Onun sağ olduğuna və sadəcə əlaqə saxlamadığına dair cılız ümid, təəssüf ki, özünü doğrultmadı. 2018 Jurnalistika məzunumuz, istedadlı, ağıllı, mehriban Ramin Ağayev Qazaxıstanın Aktau yaxınlığında təyyarə qəzasında həlak olub. O, son iki ildə Moskvada yaşayıb, təyyarə bələdçisi işləyib, musiqi təhsili alıb. Qəbrin nurla dolsun, Ramin. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - ali təhsil ocağının yaydığı məlumatda bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top