Qəzadan 13 gün əvvəl türk astroloqdan şok paylaşım

GÜNDƏM 26 dekabr 2024, 16:23

“Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından sonra türkiyəli məşhur astroloq Ayşən Tokun 13 gün əvvəlki proqnozu gündəmə gəlib.

Demokrat.az globalinfo.az-a istinadən xəbər verir ki, astroloq dekabrın 12-də X hesabında paylaşım edərək, Azərbaycanda bir hadisə baş verəcəyini deyib.

“Azərbaycanda bir şey olacaq. Ya da Rusiyada. Çünki ulduz şimala doğru istiqamət dəyişdirdi”, – paylaşımda bildirilib.

Qeyd edək ki, Bakıdan Qroznıya uçan təyyarənin Aktauda qəzaya uğraması nəticəsində 67 nəfərdən 38-i həlak olub. Onlardan 25-i azərbaycanlıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top