“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb.
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həlak olanların bəzilərinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.