Mankistau bölgəsindəki həkimlər AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında baş verən qəzasından sağ çıxan sərnişinlərin vəziyyəti ilə bağlı açıqlama verib.
Demokrat.az BAKU.WS-ə istinadən xəbər verir ki, xəstəxanaya ümumilikdə 27 yaralı çatdırılıb:
Reanimasiya şöbəsində: 11 nəfər;
Travmatologiya şöbəsində: 13 nəfər;
Neyrocərrahiyyə şöbəsində: 2 nəfər;
Cərrahiyyə şöbəsində: 1 nəfər.
Həkimlərin verdiyi məlumata görə, yaralanan sərnişinlər müxtəlif zədələr alıblar:
Qapalı kəllə-beyin travması;
Beyin silkələnməsi;
Qapalı sinə travmaları;
1-2 dərəcəli travmatik şok.
Reanimasiyadakıların da vəziyyəti məlum olub:
3 xəstə stabil ağır vəziyyətdədir;
7 xəstə ağır vəziyyətdədir;
1 qadın xəstə isə kritik və qeyri-stabil vəziyyətdədir.
Bütün yaralılara müvafiq diaqnostika və ilkin yardım göstərildikdən sonra vəziyyətləri sabitləşdirilərək müvafiq şöbələrə yerləşdirilib.
Milliyyət və şəxsiyyət təsdiq olunan yaralılar barədə məlumat verilib.
Yaralananlar arasında:
16 nəfər Azərbaycan vətəndaşı;
8 nəfər Rusiya vətəndaşı;
3 nəfər Qırğızıstan vətəndaşıdır.
Mankistau Səhiyyə İdarəsi bildirib ki, iki pasiyentin şəxsiyyəti müəyyən edilir, onlardan biri Azərbaycan vətəndaşı artıq təsdiqlənib.
Aktauya Qazaxıstan Milli Təcili Tibb Mərkəzinin mütəxəssisləri, Azərbaycan Respublikasının sanaviator qrupu, eləcə də Rusiya Fövqəladə Hallar Nazirliyinin və Səhiyyə Nazirliyinin xüsusi təyyarəsi gəlib. Bütün yaralılar müayinə edilib, müalicə taktikası razılaşdırılıb. Bundan əlavə, yaralılarla və onların ailələri ilə psixoloqlar çalışır.