Təyyarə qəzasında həyatını itirənlərdən biri notarius olub — FOTO (VİDEO)

GÜNDƏM 26 dekabr 2024, 11:09

Aktau yaxınlığında baş verən təyyarə qəzasında Astana sakini Qauhar Şaymerdenova və onun 11 yaşlı oğlu həlak olublar.

Demokrat.az BAKU.WS-ə istinadən xəbər verir ki, Qazaxıstanın tanınmış televiziya aparıcısı Sandi Sultan təyyarə qəzasında həyatını itirən Astana sakini Qauhar Şaymerdenova və onun 11 yaşlı oğlu Eldar haqqında xatirələrini bölüşüb.

Aparıcı Qauharla bir neçə il əvvəl tanış olub:

"Qauhar mənim yanıma 9 il əvvəl natiqlik kurslarına gəlmişdi. O vaxtdan dostluq edirdik. Çox mehriban, qayğıkeş, səmimi bir insan idi. Çox gözəl yaşıl gözləri var idi. İçində böyük güc daşıyan, müstəqil və sərbəst təbiətli bir qadın idi, səyahəti çox sevirdi".

 


O əlavə edib ki, Qauhar Şaymerdenova notarius kimi çalışıb, övladlarını çox sevib və anasına xüsusi qayğı göstərib: "Biz ailəvi dost idik. Həmişə bizə hədiyyələr gətirirdi. O, diqqətli və dostlarına səmimi münasibət bəsləyən biri idi",-deyə aparıcı əlavə edib.

Qauhar Şaymerdenova ilə birlikdə onun 11 yaşlı oğlu Eldar da təyyarə qəzasında həyatını itirib. Qazaxıstan Təhsil Nazirliyinin məlumatına görə, Eldar bacarıqlı, mehriban və çalışqan bir uşaq olub.

Müəllimləri onun ətrafındakı insanlarda unudulmaz xatirələr buraxdığını bildiriblər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top