Trampın ən çox verdiyi vəd açıqlandı

DÜNYA 26 dekabr 2024, 22:54
Tramp ən çox Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib.

Demokrat.az
xəbər verir ki, Donald Tramp prezidentliyinin elə ilk günündə həyata keçirmək niyyətində olduğu vədlər arasında  ən çox Ukrayna münaqişəsinin həllini qeyd edib. Bu barədə Amerikanın Axios portalı yazır.

Portal ötən il yanvarın 1-dən bu il dekabrın 6-dək olan dövr üçün 122 bəyanatı, həmçinin Trampın mətbuat konfranslarını və müsahibələrini təhlil edib.

Portalın analitikləri müəyyən ediblər ki, bu dövrdə ən çox gələcək Amerika lideri Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib.

İkinci yeri ABŞ sərhədlərinin bağlanması planının həyata keçirilməsi vədləri tutur. Üçüncü yeri isə qeyri-qanuni mühacirlərin kütləvi surətdə deportasiyası tutur.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top