Braziliyanın “Embraer” təyyarə istehsalı konsorsiumu Aktauda baş verən təyyarə qəzası ilə bağlı dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verib. Daha sonra rəsmi açıqlama verib.
Demokrat.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat dərc olunub.
“Qazaxıstanın Aktau yaxınlığında “Embraer 190” təyyarəsi ilə baş verən hadisə bizi dərindən kədərləndirdi. Bu hadisədən əziyyət çəkənlərin ailələrinə, dostlarına, həmkarlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz vəziyyəti yaxından izləyirik və müvafiq orqanlara dəstək verməyə tam hazırıq”, - məlumatda deyilir.
Xarici KİV-də dərc olunan məlumata görə, şirkət təyyarənin göyərtəsində uçuşlara mane olacaq heç bir qüsurun aşkar edilmədiyini bəyan edib.
Xatırladaq ki, ötən gün “Azərbaycan Hava Yolları” QSC-nin Bakıdan Qroznıya uçan “Embraer 190AR” tipli sərnişin təyyarəsi Aktau hava limanında qəzaya uğrayıb. Son məlumatlara görə, təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 29-u sağ qalıb. Müxtəlif versiyalar olsa da, təyyarənin qəzaya uğramasının səbəbi barədə rəsmi məlumat yoxdur.