Aktaudakı təyyarə qəzasında qazaxıstanlı tanınmış həkim də həlak olub — VİDEO

GÜNDƏM 26 dekabr 2024, 10:47
Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olan yerli vətəndaşlarının adlarını açıqlayıb.

Demokrat.az BAKU.WS-ə istinadən xəbər verir ki, həlak olanlar arasında diş həkimi Salima Cutaeva da olub.

25 dekabr tarixində "Embraer ERJ-190" təyyarəsində olan altı qazaxıstanlı sərnişinin adı rəsmi şəkildə açıqlanıb. Onların arasında Manqistau vilayətinin üç sakini, Astana sakini və onun oğlu, eləcə də Kostanay vilayətinin sakini olan Salima Cutayeva var.

Salima Cutayeva 29 yaşında idi və Kostanayda diş həkimi işləyirdi. Gənc qadının sosial şəbəkədəki səhifəsində izləyiciləri şərhlər yazaraq, onun sağ qaldığına inanıb ümid etdiklərini bildiriblər. Təəssüf ki, Səlimə həlak olan sərnişinlərin siyahısında yer alıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top