Təyyarə qəzasının baş verdiyi ərazini çəkən qazaxıstanlı bloqer həbs olundu

GÜNDƏM 26 dekabr 2024, 09:37

Aktau şəhər məhkəməsinin qərarı ilə qazaxıstanlı bloqer Azamat Sarsenbayev polisə tabe olmamaqda ittiham olunaraq 10 sutkalıq həbs olunub.

Bu barədə vlast.kz portalına istinadən xəbər verir.

Bloqer Azamat Sarsenbayev Bakı-Qroznı qəzasının baş verdiyi yerin fotosunu çəkib və onun materialları kütləvi informasiya vasitələrində istifadə olunub.

O, polisin "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğradığı yerdə çəkilişlərin dayandırılması tələblərinə tabe olmaqdan boyun qaçırıb. (Oxu.Az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top