Şəmkir rayonunda 1996-cı il təvəllüdlü Sahil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Mahirəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 6 may 2024-cü ildə baş verib.
Sahil həmin gün saat 10 radələrində Şəmkir şəhərində Mahirə ilə arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onu yumruqla bir dəfə sifətinə vurub. Onun burun yəhərinin qançırları ilə müşayət olunan burun sümüyünün sınığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirib.
Hadisəni törədən Sahilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, mayın 6-da, saat 10 radələrində yaşadığı evdə arvadı Mahirə ondan mobil telefonu istəyib:
“Lakin mobil telefonu vermədiyim üçün aramızda mübahisə baş verdi. Mübahisə zamanı əlim ilə bir dəfə arvadımın sifətinə vuraraq ona xəsarət yetirdim. Bununla belə hadisədən sonra arvadıma dəymiş ziyanı tamamilə ödəmişəm, onunla barışmışam və birlikdə mehriban yaşayırıq”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Mahirənin sözlərinə görə, mayın 6-da, saat 10 radələrində yaşadığı evdə əri Sahildən istifadə etdiyi mobil telefonu istəyib:
“Lakin Sahil telefonu vermədiyi üçün aramızda mübahisə baş verdi. Mübahisə zamanı Sahil yumruqla bir-iki dəfə sifətimə vuraraq mənə xəsarət yetirdi. Hadisədən sonra Sahil etdiyi hərəkətdən peşman olaraq mənə dəymiş ziyanı tamamilə ödəyərək barışıq əldə etdi. Hazırda birlikdə yaşayaraq, mehriban ailə həyatlarını davam etdiririk. Mənim Sahildən şikayətim və tələbim yoxdur”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən onun barəsində olan cinayət təqibinə xitam verilib. Sahil cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az