Rusiya XİN təyyarə qəzasından sonra Aktauya diplomatlar göndərib

GÜNDƏM 25 dekabr 2024, 17:14
Rusiya diplomatları təyyarə qəzasından sağ çıxmış həmvətənlərinə kömək göstərmək və məlumatları dəqiqləşdirmək üçün Aktauya ezam olunublar.

Demokrat.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

"Rusiyanın Astana və Bakıdakı səfirliyi, Uralskdakı baş konsulluğu Azərbaycan və Qazaxıstanın səlahiyyətli qurumlarının nümayəndələri ilə sıx təmasdadır. Diplomatlarımız məlumatların dəqiqləşdirilməsi və sağ qalmış həmvətənlərimizə kömək üçün Aktauya ezam olunub", - M.Zaxarova qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 14:58
Top