Tovuzda zəhərlənən tələbələrin son durumu AÇIQLANDI

SOSİAL 25 dekabr 2024, 08:51
Tovuzda tortdan zəhərlənən tələbələr xəstəxanadan evə buraxılıblar.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin Kompüterlərin təmiri və xidməti üzrə texnik və Dərzi ixtisası qruplarının 8 tələbəsi zəhərlənmə diaqnozu ilə müalicə aldıqları xəstəxanadan evə buraxılıblar.

Xatırladaq ki, bir qrup tələbə yaxınlıqda yerləşən marketdən tort alaraq, yeyiblər. Bir müddət sonra onların səhhətində problem yaranıb. Gənclər zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 dekabr 2024, 20:45
Top