İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqlarda bəzi irəliləyiş olduğunu bildirib.
“Report” xəbər verir ki, o, bu barədə Knessetin (parlament) tribunasından çıxışı zamanı bildirib.
“Ehtiyatla demək istərdim ki, danışıqlarda müəyyən irəliləyiş var. Bunun nə qədər vaxt aparacağını bilmirəm”, - Netanyahu deyib.
Baş nazir qeyd edib ki, irəliləyiş üç səbəblə, o cümlədən radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldürülməsi, Livanın “Hizbullah” hərəkatına zərbələr endirilməsi, eləcə də Qəzza zolağında HƏMAS-a hərbi təzyiqlərlə bağlıdır.
“Bütün girovları evlərinə qaytarana qədər ara vermədən fəaliyyət göstərəcəyik”, - Netanyahu söyləyib.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, sərhədyanı kəndlərdə sakinlərin öldürülməsindən və 250-yə yaxın insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı etdiklərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək sektora, eləcə də Livan və Suriyanın müəyyən bölgələrinə qarşı cavab zərbələri endirməyə, ardından Fələstin anklavında quru əməliyyatına başlayıb.