Polşa Ukraynaya yeni helikopterlər verib

DÜNYA 21 dekabr 2024, 21:56
Polşa Ukraynaya iki "Mi-8" helikopteri və bir "Bell 412" helikopteri təhvil verib.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Polşadakı səfiri Vasili Bodnar sosial şəbəkə hesabında yazıb.

Bildirilib ki, helikopterlər Xarkov Milli Daxili İşlər Universitetində təhsil alan gələcək pilotların hazırlanması və təlimi üçün istifadə olunacaq.

"Bell 412-HP" müxtəlif missiyalar, o cümlədən xilasetmə əməliyyatları, yük və sərnişin daşımaları və hərbi tətbiqlər üçün istifadə edilən çoxməqsədli helikopterdir.

"Mi-8" isə yüklərin, sərnişinlərin daşınması, hərbi əməliyyatlar, tibbi təxliyə və xilasetmə missiyaları üçün istifadə edilən çoxfunksiyalı helikopterdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 21:54
Top