Ən vitaminli 3 qış qidası — Xəstəliklərdən qoruyur

MARAQLI 21 dekabr 2024, 12:39
Qış aylarında bol vitaminli qidalar qəbul etmək orqanizmi soyuq havaların gətirdiyi xəstəliklərə qarşı daha dirəncli edir. Ən vitaminli qış qidaları immuniteti gücləndirir və orqanizmi qidalandırır.

Demokrat.az qış mövsümünə xarakterik, bol vitaminli üç qidanı təqdim edir:

1. Balqabaq

Tərkibi, A, C, E, K vitaminləri və beta-karotin və liflərlə zəngindir.

Faydası: İmmuniteti gücləndirir, dərini qoruyur, həzmi yaxşılaşdırır. Balqabaqdan şorba, püre və ya qovrulmuş yemək kimi istifadə edilə bilər.

2. Nar

Nar, C, K, B5, antioksidantlar və dəmirlə zəngindir.

Faydası: Qanı təmizləyir, immuniteti artırır, hüceyrə yenilənməsini dəstəkləyir. Çiy halda və ya salatlarda istifadə edə bilərsiniz.

3. Kələm

Kələmin tərkibində C, K, B6, lif və fol turşusu var ki, bunlar da qış aylarında immun sistemini gücləndirməyə kömək edir.

Faydası: Soyuqdəymə və infeksiyalara qarşı qoruyucudur, mədə-bağırsaq sağlamlığı üçün faydalıdır. Turşu kimi, salatlarda və ya şorbalarda istifadə olunur.

Bu qidalarla bədəninizi qışa hazırlayıb sağlam qalmağınıza kömək edə bilərsiniz. (Baku.vs)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top