"Media savadlılığı olmayan insanlar üçün bu, əsl təhlükədir..." — Cəmiyyət nədən təsirlənir?

GÜNDƏM 20 dekabr 2024, 14:58
"Media cəmiyyətin düşüncə və yaşayış tərzinə ciddi təsir göstərə bilir. Biz medianın həyatımıza girdiyi dövrdən bəri bunu müşahidə edirik. Media cəmiyyətin baxışlarını və davranışlarını formalaşdırmaq gücünə malikdir və çox böyük silahdır. Bu silahdan necə istifadə etmək isə xəbər istehsalçısının peşəkarlığına, xəbər istehlakçısının media savadlılığının ümidinə qalıb".

Bu fikirləri Demokrat.az-a açıqlamasında tanınmış jurnalist Lalə Mehralı deyib. O qeyd edib ki, smartfonlar, planşetlər, kompüterlər, noutbuklar kimi virtual dünyaya qoşula bilən müxtəlif qurğular sayəsində indi istənilən adam özünün xəbər platformasını yaradır, informasiya istehsal edir, ötürür və yayır: 

"Bu, bir tərəfdən yaxşıdır, insanlar öz problemlərini daha geniş auditoriyaya çatdıra, həllinə daha tez nail ola bilirlər. Bir tərəfdən isə pisdir, əsası olmayan, şaiyə, dedi-qodu məlumatlarının ictimai arenaya ayaq açmasına səbəb olur. Bu da təbii ki insanları çaşdıra bilər, səhv yönləndirər. Media savadlılığı olmayan insanlar üçün bu, əsl təhlükədir".

Ekspertin fikrincə, əslində media savadlılığına bu gün insanların əksəriyyətinin ehtiyacı var:

"Çünki o, oxucunu medianın mənfi təsirlərindən qoruyur, mediadan təhlükəsiz və şüurlu şəkildə istifadə etməyin yollarını öyrədir. Media savadlılığı insanlara mediadan aldığı məlumatların və təlimatların məqsədini təhlil etmək, onların düzgünlüyünü araşdırmaq bacarığı verir. Hər gün daha çox insanın kibercinayətkarlığın qurbanı olması, fırıldaqçıların toruna düşməsi göstərir ki, bizim cəmiyyətdə media savadlılığı aşağı səviyyədədir".


https://demokrat.az/az/news/216514/cemiyyet-ozu-ucun-etibarli-xeber-menbeleri-secmelidir-dezinformasiya-ile-mubarize-guclenir

https://demokrat.az/az/news/216465/indi-media-savadliligindan-behs-etmek-cox-onemlidir-qulu-meherremli

https://demokrat.az/az/news/216587/insanlar-yalan-xeberin-tesirine-dusmekden-yayinmalidirlar-media-savadliligi-niye-vacibdir


https://demokrat.az/az/news/216737/bas-redaktor-media-savadliligi-sexsi-ve-reqemsal-tehlukesizlik-baximindan-vacib-meseledir

https://demokrat.az/az/news/216612/media-savadliliginin-artmasi-ucun-hem-jurnalistin-hem-de-oxucunun-savadli-olmasi-lazimdir-elcin-sixli


https://demokrat.az/az/news/216788/bas-redaktor-media-savadlilgi-olmadan-her-kes-kibercineyatkarligin-qurbanina-cevrile-biler

https://demokrat.az/az/news/217006/saxta-xeberlerle-mubarizede-jurnalist-pesekarligi-ve-oxucu-mesuliyyeti-olmalidir-fadil-pasayev



Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 dekabr 2024, 19:15
Top