Erməni blogerdən ETİRAF: “Sülh üçün konstitusiyamızı dəyişməliyik”

DÜNYA 20 dekabr 2024, 13:00
“Hər şey baş nazir Nikol Paşinyanın Konstitusiyanın bəzi maddələrinin Ermənistanın dövlət quruluşuna zidd olduğunu başa düşməsindən asılıdır. Belə maddələr mövcuddur və bunlar müəyyən dairələrin ölkənin dövlət quruluşuna zərər verməsinə və cəzasız qalmasına şərait yaradır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında erməni bloger İşxan Verdyan deyib.

İrəvanın sülh üçün konstitutsiyada dəyişiklik etməli olduğunu deyən Verdyan, bunun olmayacağı təqdirdə Azərbaycanın sülhə imza atmayacağını bildirib.

“Baş nazir ölkənin üzləşdiyi əsas təhlükənin Konstitusiyada gizləndiyini anladığı anda Konstitusiyanın dəyişdirilməsini ən vacib dövlət prioriteti kimi elan edəcək. Ancaq bu problemləri anlamadığı müddətcə, konstitusiyaya Azərbaycan tələbləri kontekstində yanaşacaq və buna görə də hər şəkildə müqavimət göstərəcək və prosesi uzadacaq”, - deyə İ.Verdyan bildirib.

“Ərazi iddialarına son qoymaq lazımdır”

Ermənistanın hücum silahları almasına diqqət çəkən Verdyan, İrəvanın sözügedən silahları alması ilə bağlı qonşularını məlumatlandırmalı olduğunu deyib.

“Ermənistanın hücum məqsədli silahlar alması Azərbaycan tərəfindən təcavüz hazırlığı kimi qiymətləndirilə bilər. Buna görə də Ermənistanın qanunlarını tənzimləmək və qonşu torpaqlara olan ərazi iddialarına son qoymaq lazımdır. Bu halda qonşu ölkələrin narahatlıq keçirməsi üçün daha az səbəb olacaq”, - deyə İ.Verdyan əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 dekabr 2024, 19:15
Top