YapiKredi Müraciət Forması
Dünya

Fransada matəm elan olundu

Fransada matəm elan olundu

Fransa Prezidenti Emmanuel Makron Hind okeanında Fransaya aid Mayotta adasında qasırğa nəticəsində baş verən insan tələfatına görə dekabrın 23-nü milli matəm günü elan edib.

Demokrat.azMilli.Az istinadən xəbər verir ki, dekabrın 14-də başlayan qasırğada küləyin sürəti 55 m/s-i keçib. İlkin məlumatlara görə, təbii fəlakət 30-dan çox insanın həyatına son qoyub, 1400 nəfər isə yaralanıb.

Səlahiyyətlilər, adanın 310 minlik əhalisinin 70%-nin qasırğadan ciddi zərər gördüyünü bildirərək, itkilərin və ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq ediblər.

NE
Nihadə Eyyubova