"Ölkəmizin 2022-2026-cı illəri əhatə edən sosial iqtisadi inkişaf strategiyası var. Qarşımıza qoyulan əsas prioritetlərdən biri ölkəmizin təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsidir. Məqsədimiz 2050-ci ilədək istixana qazı emissiyalarının 40% azaldılması, metan emissiyalarının 2030-cu ilədək 30% azaldılması, Qarabağ və Şərqi Zəngəzurun 2050-ci ilədək dekarbonizasiyası, Bərpa olunan enerji mənbələrindən istifadənin artırılmasıdır".
Demokrat.az xəbər verir ki, bu sözləri Unibankın “Dayanıqlı maliyyə: trend və perspektivlər” seminarında "Unibank"ın dayanıqlılıq üzrə meneceri Səmra Talışinskaya deyib.
"COP29 tədbiri çərçivəsində karbon vergisinin tətbiqi fikirləri də aktivləşməyə başladı. Bərpa olunan enerjiylə bağlı texnologiyaların idxalı isə vergidən azad olunub. Bütün bunlar müxtəlif şəkildə özünü dövlət siyasətində göstərir. İstər vergi güzəştləri, istərsə, gömrük rüsumlarında olan güzəştlər göstərir ki, bu məsələlərin həllini tapması üçün çalışılır. Naxçıvanda və Qarabağda hazırda ancaq dekarbonizasiya gedir. Yaşıl və dayanıqlı iqtisadi fəaliyyətlərin olmasına üstünlük verilir. Dövlət bu istiqamətdə işlər görməyə davam edəcək".
Əfsanə Kamal
Demokrat.az