“Ermənistan hakimiyyəti müflisləşmiş Qərb elitasına mərc etməkdə davam edir”.
Bunu Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsinin sədr müavini Oleq Matveyçev deyib.
Onun sözlərinə görə, Rusiya kanalları bağlansa, Ermənistan ukraynalaşma yoluna daha bir addım atacaq.
“Təəssüf ki, hakim elita Ermənistanı milli maraqlar yolu ilə deyil, həmişə uduzmuş uğursuz dövlətlərin yolu ilə aparır. Bütün bu inqilablar həmişə kədərlə başa çatır. Gürcüstanın misalını xatırlaya bilərik, onlar Cənubi Osetiya və Abxaziyanı itirdilər və orada hələ də qeyri-sabitlik var. Amma gürcülər nəticə çıxarıblar və artıq həmin xarici müdaxiləni dayandırırlar. Biz Moldova nümunəsini gördük, amerikapərəst siyasətçilər hakimiyyətə gələndə, Ukraynanın başına nə gəldiyini görürük. Ermənistan isə öyrənə bilərdi ki, Paşinyan hakimiyyətə gəlməsəydi, Qarabağda heç nə olmazdı. İndi də inadla bu yolda irəliləməyə davam edirlər, lakin bəlkə də nəsə itirmək istəyirlər, müflis Qərb elitasına mərc etməyə davam edirlər”, - deyə Matveyçev qeyd edib.