Bakının Xəzər rayonunda 1981-ci il təvəllüdlü Pənah ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Aytənə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Pənahın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pənah ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, 2006-cı ildə Aytən ilə rəsmi ailə həyatı qurub:
“Birgə nikahımızdan 3 azyaşlı övladımız olub. Yaşadığımız müddət ərzində spirtli içki aludəçisi olduğum üçün aramızda mütəmadi münaqişələr olub. Bu səbəbdən də 2012-ci ildə məhkəmənin qərarı ilə rəsmi boşanmışıq. Lakin hazırda eyni ünvanda yaşayırıq.
Məlum hadisə günü səhər saat 07:20-da mənimlə Aytən aramızda mübahisə baş verdi. Mübahisəyə səbəb gecə evə həm sərxoş vəziyyətdə, həm də gec gəlməsi, Aytənin məndən evi tərk etməsi tələbi olub. Mübahisə zamanı əsəbləşərək Aytəni əlim ilə qəsdən vuraraq ona bədən xəsarəti yetirmişəm”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Pənah 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Eyni zamanda şikayət vermiş şəxs zərərçəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsi narahat edəcək digər hərəkətlərin edilməsi, həmçinin məhkəmə və hüquq mühafizə orqanlarının çağırışlarında iştirak etmək istsna olmaqla zərərçəkmiş şəxsə, həmçinin onun yaşadığı evə 50 metr məsafədə yaxınlaşmaq, zərərçəkmiş şəxslə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək təqsirləndirilən şəxs qadağan edilib.
Fariz Məlikli
Demokrat.az