Qusar rayonunda 2001-ci il təvəllüdlü Məmməd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Həsənə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Məmməd 13 iyun 2023-cü ildə, axşam radələrində sərxoş vəziyyətdə tanışı Həsənə sataşaraq onun ünvanına nalayiq ifadələr işlədərək təhqir edib.
Həsən də Məmmədin ünvanına nalayiq ifadələr işlədən zaman aralarında sözlü mübahisə yaranıb. Lakin mübahisə böyümədən ayrılıb.
Daha sonra isə həmin gün saat 23:00-da Məmməd yarımçıq qalmış məsələyə aydınlıq gətirmək məqsədi ilə Qusar şəhərində yerləşən “MM” kafesində Həsənlə görüşüb və söhbət edən zaman aralarında təkrar sözlü mübahisə yaranıb.
Bu zaman Məmməd üstündə gəzdirdiyi bıçaqla qəsdən Həsənin sol döş nahiyyəsinə bir dəfə, sol ənsə nahiyyəsinə də bir dəfə vurub.
Hadisəni törədən Məmmədin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, axşam radələrində sərxoş vəziyyətdə yaşadığı evin yaxınlığında yerləşən “Ömür” aptekin yanında siqaret çəkdiyi vaxt idarə etdiyi avtomobillə tanışı Həsənlə birlikdə “Ömür” aptekin yanından sürətlə keçən zaman əsəbləşib onların ünvanına nalayiq ifadələr işlətdiyindən sonuncular ona yaxınlaşıblar:
“Həsən söhbət etmək üçün mənə avtomobilə oturmağımı təklif etdi. Mən də razılaşdım, söhbət zamanı aramızda 1-2 dəqiqəlik sözlü mübahisə yarandı. Daha sonra Həsən və Elnur məni yaşadığım evin yaxınlığında düşürüb getdilər. Bundan sonra mən həmin gün saat 23 radələrində Həsənlə “MM” kafesində görüşdük. Həsən Qusar şəhər sakinləri ilə birlikdə kafenin həyətində idilər. Həsənin yanında oturaraq söhbət etməyə başladılar, aramızda mübahisə yarandı. Mən bıçaqla Həsəni qəsdən bir dəfə döş nahiyyəsinə, bir dəfə isə ənsə nahiyyəsinə vuraraq ona xəsarət yetirdim.. Bu zaman Həsən orada olan stolu mənim üstümə atdı. Mənim alnım qanadı, bıçağı yerə atdım. Bundan sonra Həsəni Qusar Rayon Mərkəzi Xəstəxanasına apardılar. Mən isə kafedən çıxan zaman tanışım Edqarla görüşdüm. Mənim xahişim ilə Edqar idarə etdiyi avtomobillə məni Qusar rayon Avtovağzal dairəsi ərazisinə apardı. Bundan sonra mən Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldım”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Məmməd 5 il 3 ay 28 gün azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 4 oktyabr 2024-cü il tarixdən hesablanması hökm edilib.
Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbsə alınıb.
Fariz Məlikli
Demokrat.az