Səhər saatlarında başlayan maqnit qasırğası davam edir. Yer kürəsini bürüyən zəif maqnit qasırğası G1 sinfinə aid edilib. Yerdə maqnit qasırğasının yaranmasına sıx və sürətli Günəş küləyi axını səbəb olur.
Həkim-terapevt Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, meteohəssas insanlar maqnit qasırğasının təsirlərinə qarşı ehtiyatlı olmalıdırlar:
“Maqnit qasırğası son illərdə tez-tez baş verir. Bu da Günəş sistemində baş verən dəyişikliklər, hərəkətlənmə ilə bağlıdır. Maqnit qasırğası planetimizə də təsirsiz ötüşmür. Bəzən insanlar səbəbsiz baş ağrılarından, təzyiqin anidən qalxıb düşməsindən şikayət edirlər. Buna səbəb maqnit qasırğası ola bilər. Bu prosesdən təsirlənən insanlar meteohəssas olanlardır. Əsasən, xroniki xəstəliyi olan insalara bu hadisə təsir edir. Ürək xəstəliyi, xroniki ürək çatışmazlığı dioqnozu qoyulan, qan təzyiqi problemi olan şəxslərə, şəkərli diabət xəstələrinə maqnit qasırğası, havadakı cüzi dəyişiklik təsir edir. Bu özünü baş ağrısı, baş gicəllənməsi, halsızlıq, ürək bulanması kimi əlamətlərlə göstərir. Belə insanlara dəyişkən havalarda evdə vaxt keçirmək tövsiyə olunur. Yaşlı insanlar daha diqqətli olmalıdırlar özlərinə qarşı. Yaşlılıq əlamətləri onları hava şəraitinə qarşı daha həssas edir. Yaxşı olar ki, belə vaxtlarda onlar ailə üzvlərinin nəzarətində olsunlar. Özlərini pis hiss etdikdə, hansısa ağırlaşmalar baş verdikdə ailə həkiminə müraciət etsinlər”.
Törə Zeynallı
Demokrat.az