Tramp Ukraynadakı münaqişənin həlli ilə bağlı irəliləyiş qeydə alındığını deyib

DÜNYA 16 dekabr 2024, 23:56
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı müharibənin həllində artıq irəliləyiş əldə etdiyini deyib.

APA xəbər verir ki, Tramp bu barədə Mar-a-Laqodakı iqamətgahında çıxışı zamanı bildirib. O, münaqişəyə son qoymaq üçün çox çalışdığını deyib.

Qeyd edək ki, Tramp məsələ ilə bağlı irəliləyişin tam olaraq nədən ibarət olduğu haqda məlumat verməyib.

"Biz çox çalışırıq. Bu, çətin bir işdir, lakin biz müəyyən irəliləyiş əldə edirik", - deyə o bildirib.

Bundan əlavə, Tramp Ukraynadakı vəziyyətin həlli ilə bağlı həm Vladimir Zelenski, həm də Vladimir Putinlə əlaqə saxlamaq niyyətində olduğunu açıqlayıb.

O, Ukraynadan müharibəni həll etmək istədiyinə dair siqnallar aldığını deyib. Tramp həmçinin komandasının müharibəni bitirmək üçün Putin və Zelenski ilə danışmağa hazırlaşdığını bildirib.

Tramp bildirib ki, Zelenski Ukraynada müharibəyə son qoymaq üçün saziş bağlamağa hazırlaşmalıdır.

Tramp həmçinin əlavə edib ki, hər iki tərəfdən itkilər rəsmi olaraq bildiriləndən daha çoxdur və o, hər həftə məsələ ilə bağlı hesabat alır.

Bundan başqa o, Zelenskini andiçmə mərasiminə dəvət etmədiyini, lakin onu orada qəbul etməyə hazır olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top