Millət vəkili Vüqar Rəhimzadə Ordubadın Nüsnüs və Gənzə kəndlərinin ən yaşlı sakinlərini evlərində ziyarət edib — FOTOLAR

GÜNDƏM 14 dekabr 2024, 17:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Nüsnüs kəndinin ən yaşlı sakini, 93 yaşlı Mehdiyev Bəhlul Abbas oğlunu və Gənzə kəndinin ən yaşlı sakini, 90 yaşlı Bağırov Qurban Yusif oğlunu evlərində ziyarət edib.

Yaşlı nəslin nümayəndələrinə dövlətimiz və xalqımız tərəfindən hər zaman xüsusi diqqət və qayğı  göstərildiyini bildirən Vüqar Rəhimzadə ağsaqqallara gümrahlıq, cansağlığı arzulayıb.

Görüş zamanı kənd ağsaqqalları gənc nəslə örnək olan zəngin həyat təcrübələrindən söz açaraq göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Ağsaqqallar, həmçinin ziyarət üçün millət vəkilinə təşəkkür ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top