Qırğızıstanda bayrağın ardınca dövlət himnini dəyişmək planlaşdırılır.
Demokrat.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Qırğızıstan xidməti məlumat yayıb.
Bildirilib ki, bu məsələ ilə məşğul olmaq üçün Joqorku Keneşdə (parlament) xüsusi komissiya yaradılıb.
Vitse-spiker Nurbek Sıdıqəliyev bildirib ki, idarələrarası komissiya ölkənin yeni himninin üç ən yaxşı variantını seçərək parlamentə təqdim edəcək.
Deputatlar mətnin və melodiyanın son variantını seçib qanuni olaraq təsdiq edəcəklər.
Qeyd edək ki, 2024-cü il oktyabrın sonunda Qırğızıstanın himninin dəyişdirilməsi ideyasını Joqorku Keneşin sədri Nurlanbek Şakiyev səsləndirib.
“Biz bayrağı dəyişdik, indi himni dəyişmək lazımdır”, - Şakiyev deyib.
O, əlavə edib ki, respublika himninin səsləndirilməsi zamanı hətta quşların qorxması halları olub.
Şakiyev hesab edir ki, Qırğızıstanın yeni dövlət himni 2025-ci ilin aprelindən gec olmayaraq qəbul edilməlidir.