Filarmoniyada ümummilli liderin xatirəsi anıldı

MƏDƏNİYYƏT 12 dekabr 2024, 22:23
Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib. 

Demokrat.az xəbər verir ki, anım gecəsi Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutan gecədə klassik musiqi parçaları, xalq mahnıları, bəstəkar əsərləri səsləndirilib. Səhnədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası ifaçıları müşahidə edib. Dinləyicilər Xalq artistləri Gülbacı İmanova, Samir Cəfərov və Əməkdar artist  Xəyyam Məmmədovun ifasında Bayatı-Şiraz muğamı, “Gözəlim sənsən” xalq mahnısı, “Sənə də qalmaz”, “Fantaziya”, “Ay işığında”, “Elegiya-Rekviem”, “Məşəl kimi yanan ürək” və “Ana torpaq” bəstələrini dinləyiblər.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top