Salyanda avtomobil divara çırpılıb, ölən və xəsarət alan var

HADİSƏ 12 dekabr 2024, 09:40
Salyanda ölüm və xəsarətlə nəticələnə yol-nəqliyyat hadisəsi olub.

Demokrat.az  "Report"a istinadən xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun Xələc kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili yolun kənarındakı hasara çırpılıb. Qəza nəticəsində Xələc kənd sakini, 1996-cı il təvəllüdlü Seymur Rafiq oğlu Məlikov hadisə yerində ölüb.

Hadisə zamanı, həmçinin Xələc kənd sakini, 1997-ci il təvəllüdlü Şəhriyar Rafiq oğlu Rəhimov müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 iyun 2025, 08:58
Top