Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orban ilə telefon danışığı aparıb.
Demokrat.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ölkə liderləri enerji sektorunda qarşılıqlı faydalı layihələri müzakirə edib, ticari-iqtisadi əməkdaşlıq məsələlərini nəzərdən keçirib.
Tərəflər xarici siyasət gündəminə də toxunublar. Belə ki, Macarıstanın Baş naziri Ukrayna böhranının həllində maraqlı olduğunu bildirib. Putin isə öz növbəsində Kiyevin dağıdıcı mövqeyindən danışaraq, hazırda münaqişənin sülh yolu ilə həlli imkanının olmadığını vurğulayıb.
Onlar, həmçinin Bəşər Əsəd rejiminin devrildiyi Suriyada baş verən hadisələr kontekstində Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.