TƏBİB Vüqar Həşimovun atasına dair məlumat yaydı

SİYASƏT 10 dekabr 2024, 12:51
Novxanıda fərdi yaşayış evində baş verən partlayış zamanı xəsarət alan mərhum şahmatçı Vüqar Həşimovun atası, 1949-cu il təvəllüdlü Qasım Həşimovun müalicəsi TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

Demokrat.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, hazırda həmin şəxsin vəziyyəti ağır-stabil olaraq qalır.

Məlumat üçün bildirək ki, hadisə zamanı V.Həşimovun anası, 1959-cu il təvəllüdlü Aida Həşimova da xəsarət alıb. Onun müalicəsi isə özəl klinikada davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top