Saxta spirtli içki istehsal etməyin cəzası nədir? — Hüquqşünas açıqladı

GÜNDƏM 09 dekabr 2024, 18:48
Mağaza vitrinlərini cürbəcür adlar və qablaşdırmalarda spirtli içkilər bəzəyir. Amma bu içkilərin içərisində baha olmaqla yanaşı,çox ucuz olanlar da var. Qiymətin belə aşağı olması onların orijinallığını şübhə altına salır. 

Maraqlıdır, saxta spirtli içki istehsal etməyin cəzası nədir?

Məsələnin hüquqi tərəfləri ilə bağlı vəkil Turan Abdullazadə danışıb.

Vəkil Demokrat.az-a açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 413-cü maddəsinə əsasən, nəzarət markalarının qəsdən məhv edilməsinə, saxtalaşdırılmasına, qeyri-qanuni yolla hazırlanmasına, istifadəsinə və satışına görə Azərbaycan Respublikasının "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Dərman vasitələri haqqında" və "Dini etiqad azadlığı haqqında" qanunlarının tələblərinin pozulması ilə hazırlanan (istehsal edilən), istifadə edilən və ya satılan nəzarət markaları, habelə onların hazırlanmasında  və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə, inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir:

"Həmin Məcəllənin 448-ci maddəsinə əsasən, saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə - saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top