Lerikdə vəzifəli şəxsin meyiti tapıldı

HADİSƏ 07 dekabr 2024, 00:14
Lerikdə 30 yaşlı kişi meyiti tapılıb.

Demokrat.az  APA-ya istinadən xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyəti başçısının Kiravud kənd ərazisi üzrə icra nümayəndəsi, 1994-cü il təvəllüdlü Şəfiq Şaiq oğlu Əliyevin meyiti aşkar edilib.

Onun intihar etdiyi deyilir.

Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top