Gürcüstanda etiraz aksiyaları yenidən başlayıb

REGİON 06 dekabr 2024, 22:20
Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyaları yenidən başlayıb.

APA Gürcüstan mətbuatına istinadən xəbər verir ki, parlament binasının yerləşdiyi Rustaveli prospektində avtomobillərin hərəkəti bağlanıb.

Çitadze və Çiçinadze küçələri də polis tərəfindən bağlanıb və sözügedən küçələrdə hərəkət məhdudlaşdırılıb.

Parlamentin qarşısına toplaşan mitinq iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirirlər.

Xatırladaq ki, Tbilisidə artıq doqquzuncu gündür ki, etiraz aksiyaları keçirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 08:26
11 dekabr 2024, 23:42
Top